22 Sentyabr, 2014
“Fiqaronun toyu” olacaq

Sentyabrın 28-də Akademik Dövlət Opera və Balet Teatrında dahi Avstriya bəstəkarı Volfhanq Amadey Motsartın “Fiqaronun toyu” operasının pre myerası olacaq.

Simsar.az xəbər verir ki, dünyaca məşhur opera Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində hazırlanıb. Tanınmış musiqiçi  Əyyub Quliyevin drijorluq edəcəyi operanın quruluşçu rejissoru Ukraynalı rejissor Nikolay Tretyak, quruluşçu rəssamı Yusif Babayevdir. Tamaşada Dmtriy Qrişin, İnarə Babayeva, Vladimir Qromov, Fərdiə Məmmədova, İlham Nəzərov, Səbinə Əsədova, Əkrəm Poladov, Tural Ağasiyev, Əli Əsgərov və Rəna Xudatzadə iştirak edəcəklər.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!