22 Sentyabr, 2014
Bakıda avtobus piyadanı öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə  bu gün səhər Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb.

91 saylı xətt üzrə hərəkət edən  “DAEWOO” markalı sərnişin avtobusu yolu keçən,  şəxsiyyəti məlum olmayan naməlum  kişini vurub. Piayada hadisə yerində dünyasını dəyişib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!