22 Sentyabr, 2014
Papadan İŞİD-ə MESAJ

Katoliklərin dini lideri Papa Francesko, Avropa ölkələrinə ziyarəti çərçivəsində Albaniyanın paytaxtı Tiranada olub.

Papa, xalq qarşısında çıxışında, İŞİD-i nəzərdə tutaraq, “Din şiddəti haqlı göstərmək üçün istifadə edilə bilməz. Kimsə dini bəhanələr gətirib, insan haqlarını poza bilməz” sözlərini deyib.

Avropada ilk dəfə Albaniyada olan Papanın, noyabrda Türkiyəyə səfəri planlaşdırılır.

Vüsal Qarayev

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!