22 Sentyabr, 2014
Jurnalist Fuad Abdürrəhmanlı avtoqəzadə həlak oldu - Fotolar

Dünən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərin hamısının şəxsiyyəti məlum olub.

Simsar.az-ın APA-ya istindən verdiyi məlumata görə, “Mercedes” və “KamAZ” markalı maşınların toqquşması nəticəsində “Mercedes”in sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri - həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğlu qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.

Simsar.az-a əlavə olaraq bildirir ki, qəzada dünyasını dəyişən Fuad Abdürrəhmanlı Azərbaycan ictimai-siyasi mühitində fəaliyyət göstərən gənclər arasında tanınan şxəslərdən olub. O, bir Dünya Azərbaycanlıları Konqresinin və dünyada yaşayan azərbaycanlıların milli haqların qorunması istiqamətində fəaliyyət göstərən digər cəmiyyətlərlə əməkdaşlıq edib. Türkiyənin paytaxtı Ankarada təhsil alan F. Abdürrəhmanlı  “Türkistan” qəzetinin saytının redaktoru olub. Fuad bəy 2 il əvvəl ailə həyatı qurmuşdu.

Ailəsindən Simsar.az-a o da bildirilib ki, F. Abdürrəhmanlı ata yurdu Şəkidə dəfn olunacaq.

Allah rəhmət eləsin!

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!