22 Sentyabr, 2014
İŞİD-ə qarşı koalisiyanın tərkibi dəqiqləşdiriləcək - BMT

ABŞ BMT nümayəndəsi Samanta Pover “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın mövqelərini havadan zərbə endirmək istəyən ölkələrin sayının artacağını deyib.

Simsar.az-ın məlumatına görə, BMT nümayəndəsi deyib ki, ABŞ və Fransa ilə yanaşı başa ölkələrin də İŞİD-ə havadan zərbə vurmaq istəyindədir. Onun sözlərinə görə, İŞİD-ə qarşı yalnız hərbi deyil, siyasi və iqtisadi koalisiya da formalaşdırılır.

Samata qeyd edib ki, yaxın həftə ərzində Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin tolantısında İŞİD-ə qarşı koalisiya genişləndiriləcək.

Məlumat üçün bidirək ki, ABŞ-dan sonra Fransa da İŞİD-ə hava zərbələri endirməyə başlayıb. Lakin Fransa prezidenti Holland İŞİD-ə qarşı qoşun göndərməyəcəyini də açıqlayıb.

ABŞ prezidenti Barak Obama isə keçən həftə İŞİD-ə qarşı koalisiyaya 40 ölkənin qoşulacağına dair sözü verdiyini, İraqa 1600 ABŞ hərbiçisi yollayacağını deyib.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!