22 Sentyabr, 2014
“Bastiya”nın hücumçusuna ağır cəza

Fransa Liqasında “PSJ”nin futbolçusu Tiaqo Mottanın burnunu sındıran “Bastiya”nın hücumçusu Brandaoya ağır cəza tətbiq olunub.

Simsar. az  xəbər verir ki, Fransa Futbol Federasiyası Brandaonun 6 ay futbol oynamasına qadağa qoyub. Beləliklə, o, gələn ilin fevral ayınadək yaşıl meydanlardan uzaq qalacaq.

Bundan başqa, məhkəməyə verilən braziliyalı hücumçunun ən azı üç il azadlıqdan məhrum edilməsi və 45 min avro ilə cərimələnəcəyi gözlənilir.

Qeyd edək ki, Brandao Fransa Liqasının ikinci turunda “PSJ” ilə matçdan sonra paltardəyişmə otağına gedən dəhlizdə Tiaqo Mottaya kəllə vurub və onun burnununu sındırıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!