22 Sentyabr, 2014
“Yuğ” teatrı mövsümü “Unudulmaz Əfəndi” ilə açdı

Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni mövsümü Xalq Yazıçısı İlyas Əfəndiyevin pyesləri əsasında hazırlanmış “Unudulmaz Əfəndi” tamaşası ilə açıq elan etdi.

Simsar.az xəbər verir ki, təqdim olunan bir bölümlü tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Vüqar Hacıyevdir.

Səhnə əsərində rolları əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə, və Vüqar Hacıyev canlandırıblar. Tamaşa böyük maraqla qarşılanıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!