22 Sentyabr, 2014
İspaniya da parçalanır - Kataloniyalılardan referendum qərarı

Şotlandların müstəqillik mübarizəsindən ilhamlanan kataloniyalılar da referenduma hazırlaşır.

Simsar.az xəbər verir ki, muxtar bölgənin lideri Artur Mas,  noyabrın 9-da keçrilməsi planlaşdırılar referendum barəd yaxın günlərdə xalqa açıqlama verəcəyini bildirib.

Məlumat da o da qeyd olunub ki, sentyabrın 19-da İspaniya Krallığının Kataloniya Məclisində qəbul edilən qanun, muxtar bölgənin rəhbəri Artur Masa referendumla bağlı xalqa müraciət etmək hüququ verib. Lakin, İspaniya hökuməti referendumun ölkə Konstitusiyasına zidd olduğu ilə bağlı məhkəməyə müraciət ediləcəyini açıqlayıb.

Xatırladaq ki, Şotlandiyakı referendum Britaniya hakimiyyəti və Şotlandiya arasında 2012-ci ildə əldə olunan qanun layihəsi çərçivəsində həyta keçrilib.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!