21 Sentyabr, 2014
Brüsseldə Avropa komissiyasına terror hazırlayan türklər yaxalanıb

Brüsseldə Avropa Komissiyasına qarşı terror aktı törətməyi plnalaşdıran Türkiyədən olan cütlük yaxalanıb.

Simsar.az-ın məlumatına görə, Belçika hüquq mühafizə orqanları əməkdaşları avqustun əvvəlində Brüssel Beynəlxalq hava limanında iki Türkiyə vətəndaşını həbs ediblər. Saxlanılan kişi və qadın Suriyadan gəldiyi bildirilir və onların orada cihadçı tərəfdə vurşanlardan olduğu ehtimal edilir.

Onların Brüsseldə yaşadıqları yerə baxış keçirərkən odlu silah və qoruyucu gödəkçələr aşkar olunub.

Belçika xüsusi xidməti iddia edir ki, onlar Haaqada bazalaşan ekstremistlərlə birgə planlaşdırılan Avropa Komissiyasına qarşı terror aktının iştrakçılarıdır.

Hazırda Belçika xüsusi xidmətinin araşdırmaçıları Haaqada hollandiyalı həmkarları ilə birgə terror şəbəkəsinin digər üzvlərinin yerlərini müəyyənləşdirmək üzrə işlər aparırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!