21 Sentyabr, 2014
Sarkisyan həqiqəti söylədi

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən "Ermənistan - Diaspora" adlı V forumun sonunda çıxış edərkən Dağlıq Qarabağ müharibəsinin bitmədiyini bildirib.

Simsar.az-ın məlumatına görə, Sarkisyan birinci münaqişənin yalnız siyasi-diplomatik səthdə danışıqlar yolu ilə həllinin mümkünlüyünü qeyd edərək ikibaşlı çıxış fikirlər səsləndirib. “Müharibə hələ qurtarmayıb, sadəcə bizim qələbəmizi möhürləyəcək atəşkəs rejimindədir”-deyərək dünya ermənilərinə real vəziyyəti anladıb.

Sarkisyanın çıxışının sonunda müharibədən belə cəsarətlə danışdığının və atəşkəsin niyə onlara xeyri olduğunu qeyd etməsinin səbəbi məlum olub. Sarkisyan bu fikirlərinin ardınca xaricdən gələn köməklə dolanan ölkəsinə diasporadan yenidən dəstək istəyib.

Xatırladaq ki, 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf gedib. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamıdır. Bu müharibənin nəticəsində 30.000 yaxın insan həlak olub, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatıb. Və bu atəşkəs səbəbilə biz itirilmiş torpaqıarımız 20 ildən artıqdır ki, işğal altındaddır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!