20 Sentyabr, 2014
Separatçılar razılığa gəldi

Ukraynada hökumət qüvvələri ilə rusiyameyilli silahlılar arasında bufer zonasının yaradılmasına dair razılıq əldə olunub.
Simsar.az-ın məlumatına görə, bu gün Minksdə sülh danışıqları zamanı əldə edilmiş razılığa əsasən, 30 kilometrlik bufer zonasının yaradılması üçün tərəflər artilleriyanı 15 kilomert geriyə çəkməlidir.
Ukrayna, Rusiya, separatçı Donetsk Xalq və Luqansk Xalq respublikaları və ATƏT nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar zamanı əldə edilmiş razılığın məqsədi atəşkəs rejiminin daha gücləndirilməsindən ibarətdir.
ATƏT müşahidəçiləri yaradılan bufer zonasında monitorinq keçirəcəklər.
Qeyd edək ki, sentyabrın 5-də əldə edilmiş atəşkəs rejimi dəfələrlə pozulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!