20 Sentyabr, 2014
Ukraynada qoşunlar geri çəkilir

Dünən Minskdə keçirilən üçtərəfli görüşün iştirakçıları Donetsk ərazisində 9 məsələ üzrə razılıq əldə ediblər.

Simsar.az-ın məlumatına görə, Ukrayna qoşunlarının və separatçıların geri çəkilməsi və ölkənin şərqində bufer zonanın yaradılması haqqında əldə olunmuş razılığın icrasına artıq bu gün başlanılır.

Bu barədə bu gün Kiyevdə brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin nümayəndəsi Vladimir Polevoy bildirib.

"Razılığa uyğun olaraq 15 kilometr bufer zonasının yaradılmasına tərəflər bü gündən başlamalıdır. Razılığın şərtlərinin icrasına riayət edilib-edilməməsinə üçüncü tərəf olan ATƏT nəzarət edəcək", deyə Polevoy bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!