20 Sentyabr, 2014
Rus qırıcıları İsveçə girdi

Rusiyanın iki qırıcısı icazəsiz olaraq İsveçin hava məkanına daxil olub.

Simsar.az-ın məlumatına görə, Stokholm rəsmiləri bunu "ciddi pozuntu" kimi dəyərləndirərək Rusiya səfirliyinə etiraz notası verib.

İsveç Xarici İşlər Nazirliyinin bəyənatında bildirilir ki, Rusiya hərbi təyyarələri sentyabrın 17-də Baltik dənizi üzərindən uçaraq ölkənin cənubundakı Eland adası üzərində uçuşlar həyata keçirib.

Qeyd edək ki, Rusiyanın Krımı işğal etməsindən sonra İsveç öz müdafiəsi ilə bağlı narahatlıq keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!