20 Sentyabr, 2014
Donbassdan köçürülənlərin sayı açıqlandı

Ukraynanın şərqində antiterror əməliyyatları keçirilən zonanı son günlər ərzində 4620 dinc sakin tərk edib.

Simsar.az-ın məlumatına görə, bu barədə brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin nümayəndəsi Vladimir Polevoy açıqlama verib.

Onun sözlərinə görə, ümumilikdə münaqişə bölgəsindən 238 min 235 insan köçürülüb. Onlardan 79 min 242-i uşaq, 35 min 388 əlil və yaşlı şəxslərdir.

"Donetsk və Luqansk vilayətləri daxil olmaqla Krımdan köçürülən şəxslərin sayı 282 min 309 nəfərdir", - Polevoy bildirib..

Qeyd edək ki, Ukraynada münaqişə tərəfləri arasında Minskdə atəşkəs rejimi haqqında razılıq əldə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!