20 Sentyabr, 2014
Hərbi maşın aşdı – Ölən və yaralılar var

Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd olan Tavuş vilayətində hərbçiləri daşıyan maşın aşıb.

Simsar.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, hərbçiləri aparan “QAZ 66” markalı maşın dərəyə aşıb.

Hadisə Berd rayonun Akvaberd kəndində baş verib. Qəza nəticəsində Ermənistan ordusunun kapitanı Pavlik Manukyan ölüb.

Maşında olan 1 baş leytenant, 1 leytenant və daha 10 hərbçi bədən xəsarətləri ilə xəstəxanasına yerləşdiriliblər.

Hərbçilərin vəziyyəti ağır olduğu bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!