20 Sentyabr, 2014
14 ölkədən olan gənclər cəbhə kəndlərində - Fotolar

Füzuli rayonunda 14 ölkədən olan 20 nəfər, o cümlədən Azərbaycandan olan 10 nəfərə yaxın gəncin qatıldığı 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə forum keçirilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, gənclər köçkün orta məktəblərinin şagirdləri və köçkün qəsəbələrinin sakinləri ilə görüşüblər.

Finlandiya, Rumıniya, Xorvatiya, Litva, Latviya, Yunanıstan, Macarıstan, Çexiya, Niderland, Ukrayna, Türkiyə, Böyük  Britaniya, Gürcüstan və Moldovadan 20 nəfər sülh qurucusu, ekspertlər, xarici ölkələrdəki QHT-lərin nümayəndələrinin iştirak etdiyi qrup cəbhə xəttində yerləşən Alxanlı kəndində də olublar. Qonaqlar buradakı həyat tərzi, müharibə vaxtı ermənilər tərəfindən dağıdılan infrastruktur, yandırılan evlərlə tanış olublar. Türkiyə və Avropa ölkələri üzrə gənclərlə iş sahəsində ekspert olan Berat Ezen deyir ki, onların məqsədi Qarabağ müharibəsi haqda həqiqətləri dünyaya çatdırmaqdan ibarətdir.

Avropalı gənclər bölgəyə səfərlərini başa vurduqdan sonra Bakıda keçiriləcək forumda iştirak edəcəklər. Xarici qonaqlar bildiriblər ki, səfər zamanı gözlədiklərindən də çox məlumat əldə edə biliblər.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!