20 Sentyabr, 2014
Rusiya qırıcılarının ABŞ istiqamətindən uçuş etdiyi təsdiqləndi – Rəsmi

Rusiya Müdafiə Nazirliyi döyüş təyyarələrinin ABŞ sərhəddi ərazisində - Alyaskada uçuş həyata keçirməsi ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Alyaska istiqamətində uçuş həyata keçirməsini təsdiqləyib.

Nazirlikdən bildirilib ki, uçuş sentyabrın 18-də Alyaska istiqamətində olub: “İki strateji raketdaşıyan Tu-95 təyyarəsi Berenq dənizi üzərindən – Alyaskanın şimal hissəsindən uçuş edib. Tu-95 isə 4 MiQ-31 döyüş təyyarəsi tərəfindən müşayiət olunub.

Qeyd edək ki, ABŞ mediası Rusiya döyüş təyyarələrinin Birləşmiş Ştatların hava sərhəddini pozduğuna dair xəbər vermişdi.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!