20 Sentyabr, 2014
Jirnovski dostluq quruplarını görüşdürə bilər – DEPUTAT

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaxın günlərdə görüşü gözlənilmir.

Bu barədə Simsar.az-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı məlumat verib.

Deputat deyib : “Ola bilsin ki, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri  Vladimr Jirnovskinin Azərbaycana səfəri zamanı protokola Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü salına bilər. Bu halda görüşün keçirilməsi gündəmə gələ bilər”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!