8 Aprel, 2011
Jurnalist polis idarəsinə çağırıldı

Natiq Ədilov aprelin 2-də keçirilən mitinqilə bağlı dindiriləcək

AXCP Mətbuat Xidmətinin rəhbəri və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov (Güləhmədoölu) Səbail rayon Polis İdarəsinə çağırılıb. Bu barədə Simsar.a jurnalistin özü məlumat verib. 

N.Ədilov bildirib ki, bu gün saat 10 radələrində özünü Səbail Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Emin kimi təqdim edən bir nəfər ona zəng edib dindirməyə dəvət edib. Bildrib ki, onunla İctimai Palatanın 2 aprel mitinqinə görə qaldırılmış cinayət işi üzrə söhbət etməlidirlər və dindirməni İdarənin rəis müavinin iştirakı ilə prokurorluq əməkdaşları aparacaq.

RUSLAN



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!