20 Sentyabr, 2014
Putin separatçılara məktub göndərdi

“Rusiya Cənubi Osetya xalqına və rəhbərliyinə ölkənin sosial-iqtisadi problemlərinin həlli, o cümlədən milli təhlükəsizliyinin təmin olunması üçün hər cür kömək etməyə hazırdır”.

Simsar.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin qondarma “Cənubi Osetya Resublikası”nın müstəqilliyi günü ilə bağlı təbrik separatçı qurumun rəhbəri Leonid Tibilova göndərdiyi məktubunda bildirib.

Putin müraciətində Rusiya ilə separatçı qurum olan Cənubi Osetya arasındakı mövcud əlaqələr yüksək dəyərləndirib və  münasibətlərin daha da inkişafında maraqlı olduqlarını söyləyib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!