20 Sentyabr, 2014
“Sumqayıt” liderliyini geri ala biləcəkmi? – AFİŞA

Bu gün Topaz Premyer Liqasında 6-cı turun növbəti matçları baş tutacaq. Simsar.az xəbər verir ki, oyun günündə iki qarşılaşma keçiriləcək.

“İnter”in “Bakı”nı məğlub etməsindən sonra ikinci pilləyə geriləyən “Sumqayıt” AZAL-ı qəbul edəcək. Aqil Məmmədovun komandası yenidən zirvəyə yüksəlmək üçün 3 xal əldə etməyə borcludur.

Günün son oyununda “Xəzər Lənkəran” “Araz Naxçıvan”la münasibətlərə aydınlıq gətirəcək. Çempionata uğursuz start verən komandaların dueli maraqlı mübarizə vəd edir.

 

Topaz Premyer Liqası

VI tur

20 sentyabr (şənbə)

17:00. “Sumqayıt” – AZAL

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev

“Kapital Bank Arena” stadionu, süni örtüklü meydança

 

19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!