20 Sentyabr, 2014
”Gözünüz aydın” - Abdullah Güldən təbrik gəldi

Türkiyənin  11-ci prezidenti Abdullah Gül terror təşkilatı “İraq Şam İslam Dövləti” (İŞİD) tərəfindən İraqın Mosul şəhərində girov götürülən konsulluq nümayəndələrinin Türkiyəyə gətirilməsi münasibəti ilə dövlət başçısını, baş naziri, güc strukturlarını və xalqı təbrik edib.

Simsar.az yerli mətbuata istinadən xəbər verir ki, müraciətdə bildirilib ki,  bu gün böyük sevinc hissi yaşanır: “Baş konsulumuz başda olmaqla vətəndaşlarımız azad olundular, hamısı Türkiyəyə gətirildi. Cənab prezidenti, hörmətli baş naziri, Milli Təhlükəsizlik Təşkilatının rəisini diqqətli çalışdığları üçün təbrik edirəm. Gözümüz aydın olsun. Uzun müddətdir Mosulda baş konsulumuz başda olmaqla 49 vətəndaşımız  girov saxlanılırdılar. Bu, ilk gündən hamımızı çox narahat edən bir vəziyyətd idi. İclaslarda girovları azad edilməsi məsələsinin, heç kəsə zərər vermədən həll edilməsini düşündük”.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!