20 Sentyabr, 2014
Rusiya polisindən vəhşilik - Döyərək öldürdü

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşları Tacikstan vətəndaşını qətlə yetirib.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, hadisə Moskvaətrafı qəsəbələrin birində baş verib.

Üç polis əməkdaşı saxladıqları Tacikistan vətəndaşını döyüblər. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilən 1975-ci il təvəllüdlü  tacik burada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparan Moskva şəhər Baş Polis İdarəsinin istintaq idarəsi adı bu cinayət əməlində hallanan polis əməkdaşlarını saxlayıb. Onlardan biri Moskva vilayəti Solneçnovo rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisidir. Digərləri isə polis baş leytenantı və kapitanıdır.

Məlumatda o da qeyd olunub ki, hadisə sentyabrın 17-də baş verib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!