20 Sentyabr, 2014
İrakli Qaribaşvili: “TANAP regionun enerji xəritəsinin dəyişməsində böyük rol oynayacaq”

“Cənub Qaz Dəhlizi” (Trans-Anatolian Gas Pipeline - TANAP) layihəsi bütün regionun enerji xəritəsində böyük rol oynayacaq. Gürcüstan bu layihədəv uğurla çıxış edəcəyinə sizi əmin etmək istəyirəm”.

Simsar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili TANAP layihəsinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Baş nazir TANAP layihəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunub və Gürcüstanın Azərbaycan yaxın dostlarından biri olduğunu qeyd edib:

“Biz Bakı-Tiflis-Qars və Bakı-Tiflis-Ərzurum boru kəməri kimi mühüm layihələri həyata keçiririk. TANAP layihəsi isə Xəzər dənizi və Avropa regionunun enerji resurslarının xəritəsini dəyişəcək. Gürcüstan da regionda stabil tərəfdaşdır. Sizi əmin etmək istəyirəm ki, biz, bu layihənin uğurla həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!