20 Sentyabr, 2014
Mövlanə sərgisi Romada

Vatikan səfirliyinin ev sahibliyi ilə İtaliyanın paytaxtı Romada tanınmış Türk rəssamı Canan Aydoğanın mövzusu Mövlanə və İstanbul olan sərgisi açılıb.

Simsar.az xəbər verir ki, İstanbulun tarixi küçə və abidələrinin, Mövlanə Cəlaləddinin yer aldığı tablolar Kancelleria sarayında sərgilənib. Əsərlərində İstanbulun tarixi və zəngin mədəniyyətini simvolizə edən rənglərdən istifadə edən Canah Aydoğanın Sufi şəhərində açdığı sərgidə Qalata, Bəyoğlu və tarixi yarımada mövzulu əsərləri böyük maraq kəsb edib. Sərginin açılışına səfir Kənan Gürsoy və İtaliyanın siyasi-ictimai xadimləri də qatılıb.Açılışda çıxış edən rəssam Aydoğan : “Sahib olduğu gözəllikləri ilə həyat eşqini bizlərə qazandıran İtanbulu insanlığa sevgi və barış öyrədən uca Mövlanə ilə birlikdə sizlərə təqdim edirik” deyib. Hər iki şəhərdəki sərgi oktyabr ayının 1-nə kimi davam edəcək.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!