20 Sentyabr, 2014
Bakıda TANAP-ın təməlqoyma mərasimi başladı

“Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin (Trans-Anatolian Gas Pipeline - TANAP) təməlqoyma mərasimi başlayıb.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstanın dövlət başçısı Georgi Pırvanov, Yunanıstanın, Gürcüstanın və Monteneqronun baş nazirləri eləcə də Avropanın bir sıra ölkələrinin dövlət və hökumət rəsmləri qatılıblar.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə “İŞİD”in girov götürdüyü 49 diplomatın azad edilməsi ilə əlaqədar Bakı səfərini yarımçıq qoyaraq vətəninə dönüb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!