20 Sentyabr, 2014
Türk girovlar hərbi hava limanına aparıldı – HAMISI SAĞLAMDIR

Simsar.az yerli mətbuata istinadla xəbər verir ki, Şanlıurfada bir inzibati binada yerləşdirilən girovluqdan azad edilən türkiyəli diplomatlar, 2 böyük və 1 kiçik avtobusla hava limanına aparılıb.

Terror təşkilatı "İraq Şam İslam Dövləti" (İŞİD) tərəfindən İraqın Mosul şəhərində girov götürülən girovları Şanlıurfa valisi İzzettin Kiçik ziyarət edib.

İ. Kiçik jurnalistlərə açıqlmasında deyib ki, girovluqdan azad edilənlər sağlamdır və vəziyyətləri yaxşıdır: "Baş nazir gələndən sonra onları hava limanında görəcəksiniz".

Binadan çıxan Məmməd Osmanoğlu adlı şəxs də İraqda girov götürülən qardaşı oğlunu görmək üçün Şanlıurfa gəldiyini söyləyib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!