20 Sentyabr, 2014
Ağ Ev: “Suriyada İŞİD-ə qarşı hücuma hazırıq”

Ağ Ev İŞİD-lə bağlı yekun qərara gəlib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Obama hökuməti “Suriyada İŞİD-ə qarşı hücuma keçməyə hazırıq. Bunun nə zaman və necə baş verəcəyinə isə biz qərar verəcəyik” deyə açıqlama verib.

Bu açıqlama ilə yanaşı ötən gün ABŞ Nümayəndələr Palatası İŞİD ilə aparılacaq mübarizəyə qarşı mühüm qərara imza atıb. Palata suriyalı müxaliflərə hərbi yardım və təlim verilməsini əsas götürən düzəlişi təsdiqləyib.

Palatanın qərarından öncə Barak Obama Floridada etdiyi çıxış zamanı “İŞİD-ə qarşı aparılan mübarizə və müharibə bizim müharibəmiz deyil. Bu bölgənin müharibəsidir. Mən ABŞ əsgərlərinə müharibə əmri verməyəcəm” kimi fikirlər səsləndirib.

Çıxışdan bir qədər sonra Nümayəndələr Palatasının qəbul etdiyi düzəliş Obamanın fikirlərini qüvvədən salıb. Ekspertlər bu qərarı ABŞ-ın İŞİD-ə qarşı qəti müvqeyi kimi qiymətləndiriblər.

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!