20 Sentyabr, 2014
Bakıda Yol Polisi rəisi döyüldü – DÖYƏN DƏ POLİSDİR

Bakının Səbail rayonunda polislərin iştirakı ilə insident yaşanıb. Avropa.info-nun əldə etdiyi məlumata görə, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbail rayonunda yerləşən cərimə meydançasına aparılıb. DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbael rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib. Nəticədə polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib. Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!