20 Sentyabr, 2014
Davudoğlu Bakını təcili tərk etdi

Davudoğlu Bakı səfərini yarımçıq qoyaraq Türkiyəyə dönüb.


Simsar.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu, azad edilən türk vətəndaşları ilə görüşmək üçün Bakı proqramını yarımçıq saxlayaraq Şanlıurfaya gedib:

"Mən Bakıdan ayrılaraq, vətəndaşlarımızla, başda konsulumuz olmaqla bütün qardaşlarımızla qucaqlaşmaq üçün ölkəmizə dönməyə məcburam. Hal-hazırda girovlar sərhəddən keçib, Urfaya doğru hərəkət edirlər. Mən də buradan birbaşa Urfaya, girovlarla görüşmək üçün gedəcəm" – Davudoğlu belə deyib.

Baş naziri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Lımanında, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun və digər səlahiyyətli şəxslər yola salıb.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!