20 Sentyabr, 2014
Ərdoğandandan diplomatlarla bağlı açıqlama: “Onlar əməliyyatla xilas edildilər”

Simsar.az yerli mediaya istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Mosulda saxlanılan 49 Türk vətəndaşının azad edilməsi ilə əlaqədar olaraq açıqlama verib: “İraqda bir müddətdir saxlanılan Mosul Baş Konsulumuz, ailəsi və Baş Konsulluğumuzda olan Türkiyə Cümhuriyyəti vətəndaşları, aparılan uğurlu bir əməliyyatla xilas edildilər. Əvvəla, uzun müddətdir azadlıqdan məhrum edilən Baş Konsulumuz və ailəsinə, iş yoldaşlarına, Türkiyə Cümhuriyyətinin bütün əziz vətəndaşlarına keçmiş olsun deyirəm. Millətimizin gözü aydın olsun"

“Əvvəlcədən planlaşdırılmış, bütün detalları hesab edilmiş, tam məxfilik şəraitində bu gün gecə boyu davam edərən, səhərə yaxın uğurla tamamlanan bu əməliyyata görə, Hörmətli Baş Nazir və iş yoldaşlarına təşəkkür edirəm. M Milli Kəşfiyyat Təşkilatımız, hadisəsinin başlamasından bu günə qədər məsələni çox həssas şəkildə, səbrlə, fədakarcasına təqib edib. Nəhayət uğurlu bir qurtarma əməliyyatı apardı” – deyə prezident bildirib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!