20 Sentyabr, 2014
Ağ evə həyacan yaşadan şəxs tutuldu – ABŞ

Ağ evin ərazisinə daxil olan naməlum şəxs mühafizə xidməti tərəfindən saxlanılıb.

Simsar.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, ABŞ Məxfi Xidmətinin nümayəndəsi Ed Donovan jurnalistlərə açıqlmasında bildirib ki, hazırda saxlanılan kişi etdiyi hərəkətin motivləri və kimliyi istiqamətində iş aparılır.

Məlumatda o da qeyd olunub ki, naməlum şəxsin bu hərəkəti Ağ evdə ciddi narahatlığın yaranmasına səbəb olub. Hətta ABŞ Prezidentinin Administrasiyasının əməkdaşlarının təhlükəsizliyinin qorunması məqsədilə təxliyə də olunub.

ABŞ prezidenti və ailəsinin isə həmin vaxt Ağ evdə olmadığı bildirilib.

Xatırladaq ki, Ağ evdə belə hadisələr daha əvvəllər də baş verib.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!