20 Sentyabr, 2014
Rusiyanın qırıcıları ABŞ-ın hava sərhəddini pozdu – Gərginlik

ABŞ qırıcıları Alyaska səmasında Rusiyaya məxsus döyüş təyyarələri aşkarlayıblar.

Simsar.az-ın məlumatına görə, amerikalı rəsmilər bunun Ukrayna prezidenti Petro Poroşenkonun ABŞ-a səfəri ilə əlaqələndiriblər.

Rəsmi qaynaqlardan bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 6 təyyarə sentyabrın 18-də Alyaska istiqamətindən ABŞ hava sərhəddinə daxil olub.

Xatırladaq ki, sentyabrın 18-də Poroşenko ABŞ-a rəsmi səfərə gedib.

Ümumillikdə isə son vaxtlar Rusiya döyüş təyyarələri bir neçə ölkənin hava sərhəddini pozub, o cümlədən də İsveçin.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!