20 Sentyabr, 2014
Altеnativ enerji qurğuları quraşdırılacaq

Abşeron yarımadasının şimal və şimal-şərq hissəsində alternativ enerji qurğularının quraşdırılması üçün sahildə və dənizdə müəyyən zonalar nəzərdə tutulub.

Simsar.az xəbər verir ki, bu barədə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev açıqlama verib. Komitə rəsmisi bildirib ki, bu aktual məsələ “Böyük Bakının Regional İnkişaf Planı” layihəsində də əksini tapıb. Şəhər quruculuğunda memarlıqla yanaşı, elmi-texniki tərəqqinin nailiyyətlərinin, qabaqcıl texnologiyanın tətbiqi günün tələbinə çevrilib.

“Ölkəmizdə mütəmadi olaraq keçirilən Beynəlxalq sərgilər, Azərbaycan memarlarının xarici ölkələrdə təcrübə mübadiləsi, yüksək texnologiyanın ölkəyə gətirilməsi, istər-istəməz belə yeniliklərdən istifadəni zəruri edir”, -deyə C.Qocayev vurğulayıb.

O deyib ki, alternativ enerji mənbələri ilə zəngin olan Azərbaycanda günəş və külək, eləcə də dalğa enerjisindən istifadə oluna bilər. Şimal bölgəsində isə kurort zonasının salınması ilə əlaqədar su qızdırıcısı kimi günəş batareyalarının tətbiqi mümkündür.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!