8 Aprel, 2011
İSLAM PARTİYASI MİTİNQ KEÇİRƏ BİLMƏDİ

Elçin Manafov deyir ki, Azadlıq Meydanını istəməkdə səhvə yol veriblər 

İslam Partiyası bu günə təyin etdiyi mitinqi Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanladığı müraciətindəki səhvə görə təxirə salıb. 

Partiyanın sədr əvəzi Elçin Manafov Simsar.az-a bildirib ki, BŞİH-ə ünvanlanan müraciətdə mitinq yeri kimi Azadlıq Meydanını göstərilib: «Bizdən soruşdular ki, haranı istəyirsiniz? Biz də Azadlıq Meydanını göstərdik. Amma sonradan dedilər ki, Azadlıq Meydanı yalnız dövlət tədbirləri üçün nəzərdə tutulub».

E.Manafov qeyd edib ki, yaxın günlərdə BŞİH-ə yenidən müraciət edəcəklər: «Mitinqin yeri əvvəlcədən razılaşdırılacaq, sonra BŞİH-ə müraciət olunacaq».

RUSLAN


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!