19 Sentyabr, 2014
Həbsxanaya düşmək istəməyən gəncdən inanılmaz addım

Fransa polisi həbs cəzasından qaçmaq üçün öz dəfnini səhnələşdirməyə çalışmış dələduzu ifşa edib.

Simsar.az-ın məlumatına görə, Normandi şəhərindən olan 26 yaşlı oğlan yerli qəzetlərdən birində yer və matəm mərasimin keçirilməsi vaxtının elanını yerləşdirib.

Polisə bu elan şübhəli görünüb və göstərilən vaxtda qəbiristanlığa gəlib. Polislər qəbirstanlıqda olanları görəndə şübhələrində yanılmadıqlarına əmin olublar.

Qəbirstanlıqda oğlanın nənəsindən başqa nə tabut, nə də dəfn mərasimi.

Xuliqanlıq edən gəncin adı açıqlanmır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!