19 Sentyabr, 2014
Sarkozi siyasətə qayıdır

Fransanın sabiq prezident Nikola Sarkozi yenidən siyasətə qayıdır.

Simsar.az-ın məlumatına görə, Sarkozi sabiq partiyası Xalq Hərəkatı Birliyininin sədrliyinə namizəd olduğunu açıqlayıb. Bu barədə sabiq prezident sosial şəbəkə vasitəsi ilə məlumat yayıb.

"Fransızlara yeni bir siyasi seçim təqdim etməyə qərar verdim. Çünki Fransanın olduğu vəziyyətə tamaşaçı olaraq laqeyd qala bilmərəm".

Partiyasını 3 ay içində dirçəldəcəyinə söz verən Sarkozi qeyd edib ki, xalqın narahatlıqlarını qarşılayacaq yeni həllər təqdim etmək məcburiyyətindədirlər.

Sarkozi tərəfdarlarına əvvəllər yaşanan fikir ayrılıqlarını geridə buraxmaq lazım olduğu mesajını da verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!