19 Sentyabr, 2014
Qadın boksçumuz ermənini diz çökdürdü

Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasından Simsar.az-a verilən məlumata görə, yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayırlar. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.

Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0.

Milli komandamızın üzvü bu gün polşalı Sandra Krukla üz-üzə gələcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!