19 Sentyabr, 2014
Hərbi Hava Qüvvələrinin təlimləri - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri artıq Azərbaycandadır.

ANS TV-nin məlumatına görə, təlimlərdə Azərbaycan hava qüvvələrilə birgə türk şahinləri də iştirak edir. Hərbi təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviyasiya vasitələri, o cümlədən də qırıcı, hücum və hərbi nəqliyyat təyyarələri, döyüş helikopterləri iştirak edir.

Təlimlərin bugünkü mərhələsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak etdi. Günün birinci yarısında hava limanına gələn Zakir Həsənov döyüş təyyarələrinə baxış keçirdi.

Türkiyəli qonaqlar təlimlərdə türk hava qüvvələrinin iştirakı ilə bağlı müdafiə naziri Zakir Həsənova məlumat verdilər. Təlimlərin bugünkü mərhələsinin sonunda qurban da kəsilib.

Türk şahinlərinin gəlişi bölgə sakinlərinin də marağına səbəb olub.

Birgə təlimlərin növbəti mərhələsində iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək əməliyyatlarının keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti və havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!