19 Sentyabr, 2014
Tanınmış azərbaycanlı teleaparıcı ana oldu - ÖZƏL - FOTOLAR

Simsar.az xəbər verir ki, Lider TV-nin populyar simalarından biri,  "Ay ev yiyəsi" verilişinin aparıcısı Lalə Əlimuxtarova bu gün ana olub.

Əməkdaşımızla telefon söhbətində Lalə yaşadığı hissləri oxucularımızla belə bölüşdü :

Qızım Melis dünyamı nura boyadı. Həkimlər deyir ki, çox sağlam övlad dünyaya gətirmişəm.

52 sm boyu, 3 kilo çəkisi olan körpəmin vəziyyəti MaşAllah olsun çox yaxşıdır. Allah - Təala bu sevincimdən cəmi övlad gözləyən xanımlarımıza yaşatsın".

Dövlət Dəmiryolu Xəstəxanasında ana olmuş teleaparıcının palatada çəkilmiş şəkillərini oxucularımıza təqdim edirik.

Lalə söylədi ki, Melisin  görüntülərini yalnız 40 gününün tamamından sonra görə biləcəyik.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!