19 Sentyabr, 2014
Fransa İŞİD-i bombalamağa başladı

Fransa ABŞ-a verdiyi sözünü tutdu. Məlumat verdiyimiz kimi, İŞİD-ə qarşı Obamann qurduğu koalisiya güclərinin tərkibində yer alan Fransa, bölgəyə qoşun yeritməyəcəyini, İraqa yalnız havadan dəstək verəcəyini bildirmişdi. Fransızlar sözlərini tutdular və İŞİD-i havadan vurmağa başladılar.

Fransa Prezident Adminstrasiyasından verilən açıqlamada, İraqda İŞİD-ə aid elektrik stansiyasının Fransa Hava Qüvvələri tərəfindən vurulduğu açıqlanıb.

Daha sonra isə, İŞİD-ə aid yük daşıma mərkəzinin də vurulduğu açıqlanıb. Açıqlamada vurulan hədəfin tamamən yox edildiyi bildirilib. İŞİD hədəflərinə qarşı əməliyyatların bundan sonra da davam edəcəyi vurğulanıb.

Məlumat üçün bildirək ki, bu həftə Fransada keçirilən beynəxalq toplantıda, İŞİD-ə qarşı İraqa hərbi yardım edilməsinin qərarı verilmişdi. Bundan sonra isə Fransa hərbi təyyarələri İraq səmalarında uçmağa başlamışdı.

Fransa prezidenti Olland isə dünən axşam keçirdiyi toplantıda İŞİD ilə mübarizəyə İraq hökumətinin istəyi ilə hava dəstəyi verəcəklərini açıqlamışdı.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!