19 Sentyabr, 2014
Polis dilənçiləri döydü – Bakıda

Bu gün Bakı metrosunun “Neftçilər” stansiyasında polis dilənçiləri döyüb.

Simsar.az-ın məlumatına görə, bu gün saat 16.40 radələrində “Neftçilər” stansiyasında dilənən qadınlar və 3 uşaq polislər tərəfindən döyülüb.

Ətrafdakı insanların üstünə qışqıran polislər onlardan təcili vaqonları tərk etmələrini tələb ediblər.

“Neftçilər” istiqamətinə gedən qatarın son vaqonu boşaldılıb. Dilənən qadın və uşaqlar zorla polis bölməsinə aparılıb.

Polisin bu vəhşiliyi yalnız kənardan müşahidə olunub.

Samir Aslan


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!