19 Sentyabr, 2014
Mixail Saakaşvilinin vətənindəki əmlakı müsadirə olundu – ŞOK

Gürcüstanın Baş Prokurorluğunun qərarı əsasında ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin Tiflisdəki əmlakı müsadirə olunub.

Simsar.az-ın məlumatına görə, M. Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsaya, anasına və nənəsinə məxsus əşyalar da müsadirə olunub.

Saakaşvilinin vəkili Otar Kaxidzenin sözlərinə görə, müvəkkilinin torpaq sahəsi, Tiflisdəki evi və avtomobili də müsadirə olunub.

Vəkil məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ediləcəyini də qeyd edib.

Qeyd edək ki, M. Saakaşvili ilə bağlı cinayət işi 2014-cü ilin əvvəlindən başlayıb. Keçmiş prezident dövlət büdcəsinin səbəbsiz ayrılmalara, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

O, 2007-ci ildə “İmedi” kanalının rəhbəri Badri Patarkaçişvilinin qətlinin sifarişində, o cümlədən başqa cinayətlər də günahlandırılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!