19 Sentyabr, 2014
Maşının təkəri partladı, sürücü həyatını itirdi

Simsar.az-ın məlumatına görə, Türkel TV (TTV) xəbər verir ki, Tovuzda yol qəzası olub. Hadisə Əlibəyli yolunun Aşağı Öysüzlü kəndi ərazisindən keçən hissənində baş verib.

Yuxarı Öysüzlü kənd sakini 18 yaşlı Elvin Şirinovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobil elektrik dirəyinə çırpılıb. Ağır xəsarətlərlə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücünün  həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidlərinin dediyinə görə qəzaya avtomobilin təkərinin partlaması səbəb  olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!