19 Sentyabr, 2014
"Narkotikə qurşanmasaydım..." – Maradona

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona maraqlı açıqlamaları ilə diqqət çəkib.

Simsar.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Maradona narkotik qəbul etməsinin onun karyerası ilə yanaşı, həyatına da mənfi təsir göstərdiyini bildirib:

"Əgər narkotikə qurşanmasaydım, fenomen futbolçu olardım. Avropaya gəldiyimdə anladım ki, texnikamla istənilən müdafiəçini geridə qoya bilərəm. Top hər dəfə mənə gələndə, azarkeşlər sevinirdilər. Hazırda 53 yaşımda olmağıma baxmayaraq, özümü 80 yaşında hiss edirəm. Normal insan həyatı yaşamadım".

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!