8 Aprel, 2011
“Nokia”nın reytinqi aşağı düşdü

HTC kapitallaşdırılma göstəricilərinə görə “Nokia”nı geridə qoyub

Tayvanın smartfon və kommunikator istehsalçısı HTC şirkətinin kapitallaşdırılması dünyanın ən iri mobil telefon istehsalçısı “Nokia” şirkətinin müvafiq göstəricilərini üstələyib. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 aprel 2011-ci il tarixinə olan vəziyyət üzrə HTC-nin bazar dəyəri 33,88 milyard dolları, “Nokia”nın bazar dəyəri isə 32,84 milyard dollar olub.


Xatırladaq ki, 2010-cu ildə Tayvan istehsalçısının mədaxili iki dəfə artaraq 9,6 milyard dollar, təmiz mənfəəti isə 75 faiz yüksələrək 1,4 milyard dollar olub. “Goldman Sachs” şirkətinin analitiki Robert Çen hesab edir ki, hazırda HTC unikal biznes-model və strategiyaya malikdir və bu, gələcək illərdə də şirkətə yüksək templə sürət etmək imkanı verəcək. Ekspertin proqnozuna görə, 3-5 ildən sonra Tayvan şirkətinin illik 200 milyon smartfon və 30 milyon planşet istehsal gücü olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!