19 Sentyabr, 2014
Ünvanlı sosial yardım alan ailələr azalıb – RƏSMİ

Ölkədə əhalinin sosial-iqtisadi problemlərinin həlli, habelə sosial yardımların ünvanlılığının təmin edilməsi istiqamətində aparılan məqsədyönlü işlər ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının getdikcə azalması ilə müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, 2014-cü ilin 01 sentyabr tarixinə respublika üzrə ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı 119 502 ailə təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9059 ailə, yəni 7,1 faiz azdır. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,27 manat, yəni 11,7 faiz artaraq 136,06 manata çatıb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!