19 Sentyabr, 2014
“Şotlandların prinsiplərini ermənilərə anlatmalıyıq” - POLİTOLOQ

“Müstəqilliyə səs verməyən şotlandların arqumentlərini biz də gücləndirməliyik”

Simsar.az xəbər verir ki, bunu Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, politoiloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, müstəqilliyə səs verməyən şotlandların əsas arqumentləri var: “Şotlandlar deyirlər ki, “Həyatımı dəyişmək istəmirəm”, “belə də yaxşıdır”, “Avropa Birliyindən çıxmaq düzgün olmaz”, “Böyük Britaniyanın tərkib hissəsi olaraq sosial təminatlarımız və maaşlarımız daha yüksəkdir”. Olduqca tutarlı arqumentlərdir. Eyni arqumentləri biz də, gücləndirməliyik. Beynəlxalq aləmə və Dağlıq Qarabağın erməni sakinlərinə anlatmalıyıq ki, Azərbaycanla dostluq, onlara siyasi və iqtisadi mənada daha çox qazandıracaq. İşğalçılığın və “müstəqilliyin” isə onlar üçün bir xeyri yoxdur.

“Onların sosial təminatları da yaxşı olacaq. Bölgənin inkişafı sürətlənəcək. Ermənistanla da əlaqə saxlaya biləcəklər. Yox indiki kimi dirənəcəklərsə, erməniləri ölüm və kasıblıq girdabından başqa heç bir pesrpektiv gözləmir...” – deyə Mərkəz rəhbəri qeyd edib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!