19 Sentyabr, 2014
PKK-dan kürd gənclərinə müharibə çağırışı

Terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) bir sutka ərzində Suriyada 21 kürd kəndini ələ keçirərək, Türkiyə sərhəddinə yaxınlaşmaqda davam edir.

Simsar.az-ın məlumatına görə, bölgədəki qaynaqlar “İŞİD”in indi Kobani bölgəsini mühasirəyə aldığını bildirir.

Bir kürd fəalı internetdə paylaşdığı videoda PKK-nın Suriyadakı qolu olan PYD-nin hərbi gücü YPG silahlıları “İŞİD” tankalarına qarşı “Kolaşnikov”la döyüşürlər.

PKK-nın yaydığı yazılı açıqlamada bütün Türkiyədə yaşan kürd gənclər “Kobanidəki şərəfli və tarixi mübarizəyə”y müdafiəyə çağırılır.

Rəsmi Ankara isə PKK ilə “İŞİD” arasındakı döyüşlərə qarışmaq istəmir.

Xatırladaq ki, bu dəqiqələrdə Fransa Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri “İŞİD”in mövqelərinə zərbə endirməyə başlayıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!