8 Aprel, 2011
METRODA OĞURLUQ

Metroda telefon oğurlayan şəxs yaxalanıb

Metroda telefon oğurlayan şəxs yaxalanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verib.

Məlumatda deyilir ki, aprelin 7-si saat 18:15 radələrində metronun "28 May" stansiyasında Lamiyə Hüseynovanın əl çantasından mobil telefon oğurlayan, əvvəllər məhkum olunmuş Ziyad Salamov Bakı şəhər Baş Polis İdarəsinin Metropolitenin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!